Qlobal İstiləşmə və Davamlı Texnologiyalar

Savalan Layihəsi

Bu gün biz müasir dövrün ən vacib problemlərindən biri — qlobal iqlim dəyişikliyi ilə üzləşirik. Böyük təəssüflə qeyd edirik ki, bu proses planetimizə əhəmiyyətli təsir göstərir. Belə çağırışlar şəraitində, problemlərin həlli yollarını axtarmaq və gələcək nəsillər üçün Yer kürəsini qorumağa kömək edən dayanıqlı texnologiyalara müraciət etmək çox xüsusi və vacib məsələdir.

BMT-nin İqlim Dəyişiklikləri Konfransı - COP29

Savalan Layihəsi

Məlum olduğu kimi, bu ilin noyabr ayında Azərbaycanda beynəlxalq miqyaslı tədbir— BMT-nin İqlim Dəyişiklikləri üzrə 29-cu Konfransı (COP29) baş tutacaq. Burada ətraf mühitin ən kəskin problemlərinin həlli yolları müzakirə olunacaq. Heç də təəccüblü deyil ki, konfransa ev sahibliyi etmək üçün bizim ölkəmiz seçilib. Bu gün Azərbaycan "Yaşıl iqtisadiyyat”a doğru böyük addımlarla irəliləyir və tədricən sənayedə və gündəlik həyatda yeni ekoloji cəhətdən “eco-friendly” texnologiyalarını tətbiq edir.

SAVALAN-ASPI Şərab Zavodunun Layihəsi

Şərabçılıq

“SAVALAN-ASPI Winery” şərab istehsalı müəssisəsinin Azərbaycanın “SEES” (Smart Energy Engineering Solutions) şirkəti ilə uğurla həyata keçirdiyi layihə sözün həqiqi mənasında, ölkənin "yaşıl" strategiyaya bağlılığını nümayiş etdirən nümunəvi bir misaldır. Bu layihənin həyata keçirilməsi ideyası bir neçə il əvvəl yaransa da, konsepsiya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Yaşıl enerji” keçidinə çağırışından sonra formalaşıb.

Söhbət regionda ilk günəş panelləri ilə enerji istehsal edən elektrik stansiyalarının Qəbələ rayonunda yerləşən “SAVALAN-ASPI Winery” zavodunda açılmasından gedir. Ümumilikdə, 879 paneldən ibarət 3 günəş elektrik stansiyası quraşdırılıb. Onların ümumi gücü 450 kVt-dır. Bu elektrik stansiyalarının istehsal gücü karbon qazı tullantılarının 45 ton azalmasına bərabərdir. Bu da təxminən 3000 ağacın əkilməsi deməkdir.

Layihənin Təqdimatı və Əhəmiyyəti

Qəbələ Tədbiri

Artıq fəaliyyətə başlamış günəş elektrik stansiyalarının 31.08.2024-cü ildə geniş təqdimatını təşkil etdik. Bizimlə birlikdə tədbirdə Qəbələ Rayonunun İcra Hakimiyyətinin başçısı, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru, COP29 idarəsinin rəhbəri, yerli və xarici enerji şirkətlərinin rəhbərləri və KİV nümayəndələri iştirak etdilər. “SAVALAN-ASPI Winery”nin tarixinə yeni mühüm bir mərhələ əlavə edərkən sevincimizi bizimlə paylaşan hər kəsə səmimi təşəkkürümüzü bildiririk!

Media və Gələcək Planlar

Media Coverage

Fəxrlə qeyd edirik ki, "Yaşıl enerji”yə atdığımız ilk addım İsrailin məşhur xəbər saytında da işıqlandırılıb. (https://www.strana.co.il/news/?ID=143635)

Bundan sonra yalnız Savalan vadisindəki üzümlüyümüz günəşdən qidalanmır, həm də sevdiyiniz “SAVALAN” şarablarının istehsalı bu gün demək olar ki, 20% günəş enerjisi ilə təmin olunur. Enerjinin gələcəkdə 100% olacağını bildiririk. Bu, bizim üçün sadəcə iddialı bir məqsəd və yalnız elektrik enerjisinə qənaət etmək deyil. Bu, təbiətlə harmoniya axtarışımızı əks etdirən bir fəlsəfəsidir!

Təbriklər və Təşəkkür

Təbrik

“SEES” şirkətinə belə mürəkkəb layihənin işini rekord müddətdə yüksək keyfiyyətlə yerinə yetirdiyi üçün dərin təşəkkürümüzü bildirir, uzunmüddətli əməkdaşlıq və birlikdə yeni layihələr arzulayırıq!

Ən yaxşı arzularla,
Fuad Seyidəliyev və Arif Rəhimov
“SAVALAN-ASPI Winery”nin təsisçiləri